Almaniyanın səfiri: "Qoşunların təmas xəttindəki gərginliyin aradan qaldırılması vacibdir"
- 02 oktyabr, 2015
- 12:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 oktyabr. REPORT.AZ/ "Son günlərdə və həftələrdə Dağlıq Qarabağ münaqişəsi zonasındakı qoşunların təmas xəttində baş verənlərdən narahatıq. Gərginliyin aradan qaldırılması çox vacibdir. Elə ATƏT-in Minsk qrupu bunun üçündür, bu onların işidir".
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Almaniyanın Yerevandakı səfiri Matias Kisler bildirib.
Diplomat deyib ki, qarşıda duran vəzifə qarşılıqlı anlaşma mühiti yaradıb, gərginliyi zəiflətməkdir: "Bu, münaqişənin dinc yolla tənzimlənməsi üçün vacib nailiyyət ola bilər. Gələn il Almaniya ATƏT-ə sədrlik edəcək. İnanın ki, Almaniya münaqişənin dinc yolla tənzimlənməsi üçün bütün imkanlardan istifadə edəcək".
Səfir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən doğru format ATƏT-in Minsk qrupudur.