Ağdamda şirkət binasına “qrad” və top mərmisi düşüb
Qarabağ
- 28 aprel, 2016
- 07:06
Bakı. 28 aprel. REPORT.AZ/ Ağdam rayonunda yerləşən “Qara inək fermer təsərrüfatı” MMC-nin binasına “qrad” və top mərmisi düşüb.
Heyvandarlıq kompleksinin rəhbəri Fuad Əyyubzadə “Report”a bildirib ki, gecə atəşkəsin pozulması nəticəsində rayonun Əfətli kəndində yerləşən fermer təsərrüfatına ciddi ziyan dəyib: “Kompleksə düşən qrad və top mərmisi nəticəsində 11 baş iribuynuzlu heyvan ölüb, 19-u isə yaralanıb”.
O qeyd edib ki, “Qara inək fermer təsərrüfatı” MMC İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kredit hesabına qurulub: “Kompleks inəklər Almaniyadan və digər xarici ölkələrdən gətirilib”.
Son xəbərlər
08:32
ABŞ sentyabrın 29-dan bir sıra Kanada mallarının tədarükünü qadağan edir
Digər ölkələr08:20
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:00
Kuala-Lumpurdakı festivalda Azərbaycan haqqında məlumat verilib
Mədəniyyət siyasəti07:35
Kolumbiya ABŞ ilə birlikdə dronlara qarşı mübarizə sistemlərini modernləşdirmək istəyir
Digər ölkələr07:07
İspaniyada narkotacirlərin ən böyük kölgə bank şəbəkəsi ifşa edilib
Digər ölkələr06:42
SEPAH: ABŞ-nin 2 gəmi və 8 neft tankerinə zərbələr endirilib - YENİLƏNİB
Region06:18
Bakının Yasamal rayonu, Mingəçevir və Yevlaxın isə bəzi ərazilərində işıq olmayacaq
Energetika05:50
Rubio Moskva və Kiyevdəki danışıqları məzmunlu adlandırıb
Digər ölkələr05:15