Konqresmen: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətini daha da gücləndirməlidir"

Qarabağ
  • 28 fevral, 2019
  • 05:31
Konqresmen: ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətini daha da gücləndirməlidir
Report

Bakı. 28 fevral. REPORT.AZ/ "Təmas xəttində zorakılığın davam etməsi ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupundakı fəaliyyətini daha da gücləndirməsini zərurətə çevirib".

"Report"un xəbərinə görə, bunu ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri, Nümayəndələr Palatasında Tennesi ştatını təmsil edən demokrat konqresmen Stiv Koen Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanatında bildirib. 

O, atəşkəsin imzalanmasından iyirmi ildən çox keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayon daxil olmaqla 20 faiz ərazisinin hələ də işğal altında qaldığını və bir milyondan artıq azərbaycanlının öz yurdundan didərgin düşdüyünü vurğulayıb.