Respublikaçılar Trampın prezident seçkilərində qələbəsini qeyd edir - VİDEOREPORTAJ

Multimedia
  • 09 noyabr, 2016
  • 08:37
Respublikaçılar Trampın prezident seçkilərində qələbəsini qeyd edir - VİDEOREPORTAJ

Arizona. 9 noyabr. REPORT.AZ/ Respublikaçılar Donald Trampın prezident seçkilərində qələbəsini qeyd edir. 

"Report"un xüsusi müxbiri xəbər verir ki, Respublikaçılar Partiyasının üzvləri onun qələbəsini bütün ölkədə - bütün böyük şəhər və ştatlarda, o cümlədən Arizonada qeyd edir. 

Proqnozlara baxmayaraq, Arizona ştatının əhalisinin çoxu Respublikaçılar Partiyasının namizədinə səs verib. Trampa 49%-dən, Klintona isə 45%-dən artıq seçici səs verib. 

Respublikaçıların Arizonanın paytaxtı Finiks şəhərində yerləşən qərargahında səslərin hesablanması prosesini müşahidə edənlər Trampın qələbəsi haqqında xəbəri böyük sevinclə qarşılayıblar. 

Respublikaçılar Trampın prezident seçkilərində qələbəsini qeyd edir - VİDEOREPORTAJ