Bu kənddə heç kim xəstələnmir - yolu olmayan, 4 ailənin yaşadığı Dərə məhəlləsindən VİDEOREPORTAJ
- 21 noyabr, 2025
- 13:17
İsmayıllıda dağların arasında gizlənən və cəmi səkkiz evdən ibarət dörd ailənin yaşadığı Dərə Məhəlləsi adlı bir kənd var.
Bu yaşayış məntəqəsinə getmək ya piyada, ya da atla mümkündür. Ona görə ki, kəndə getmək üçün heç bir avtomobil yolu yoxdur. Bura İsmayıllının Gəndov kəndindən təqribən dörd kilometr məsafədə yerləşir.
Kənd sakinləri nəqliyyat vasitəsi kimi atdan yaxud qatırdan istifadə edirlər. Yağışlı və qarlı hava şəraitində isə hərəkət olduqca çətinləşir.
"Report"un əməkdaşları Dərə Məhəlləsi kəndində bir gün keçirib, oranın gözəlliyi, insanların həyat tərzi və ərazidəki Ağçay (İspikəş) şəlaləsi ilə bağlı videoreportaj hazırlayıb.
Daha ətraflı Dərə Məhəlləsindən kəndindən olan videoreportajı təqdim edirik:
Videoqraflar: Mircavid Eminoğlu, Bəşir Əli