Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanun layihələri II oxunuşda qəbul edilib
Milli Məclis
- 02 dekabr, 2025
- 16:31
Milli Məclis 2026-ci ilin dövlət büdcəsi zərfinə daxil olan "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrini ikinci oxunuşda qəbul edib.
"Report" xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirə zamanı bildirilib ki, 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur.
Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur.
Sənədə əsasən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən edilir.
Müzakirələrdən sonra hər iki sənəd səsverməyə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Son xəbərlər
19:05
Əli Abbasovun deputat mandatından məhrum edilməsi ilə bağlı qərar qəbul olunub
Daxili siyasət19:04
Ceyhun Bayramovla Peter Siyarto arasında təkbətək görüş başlayıb
Xarici siyasət19:03
Futzal üzrə Yüksək Liqa: "Araz-Naxçıvan" liderə qalib gəlib
Futbol18:54
AK Rusiya aktivlərinin Avropada müddətsiz dondurulması üçün 122-ci maddənin tətbiqini israr edir
Digər ölkələr18:44
Avrasiya İqtisadi İttifaqının növbəti iclası 2026-cı ilin martında Şımkənddə keçiriləcək
Region18:35
Foto
Naxçıvan şəhərində geniş Zəfər Parkı inşa olunacaq
Daxili siyasət18:34
Banqladeş Prezidenti parlament seçkilərindən sonra istefa vermək niyyətindədir
Digər ölkələr18:32
Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 3,2 milyon manat ödənişlər həyata keçirilib
ASK18:15