Siyavuş Novruzov deputatlara irad bildirib
Milli Məclis
- 12 iyul, 2019
- 09:22
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deputatlara irad bildirib.
“Report”un xəbərinə görə, o deyib ki, iclasda qanuna dəyişiklik layihələri müzakirə olundu, amma əsas qanuna toxunulmadı.
“Bu qanunların banisi Heydər Əliyevdir. O, olmasaydı, bu qanunlar da olmazdı, indi müstəqil, inkişaf etmiş Azərbaycan var. Bu ölkənin qurucusu var, mütləq yada salınmalıdır. İki gün sonra Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyidir. Hesab edirəm ki, Milli Məclis Heydər Əliyevin hakimiyyətinin 50 illiyi ilə bağlı bəyanat və ya müraciət qəbul etməlidir”, - S.Novruzov bildirib.
Son xəbərlər
17:07
Azərbaycanda utilizasiya edilmiş avtomobillərin yarıdan çoxu "Lada" markalıdır - EKSKLÜZİV
İnfrastruktur16:56
Vaxtanq Çaraya: TRIPP Cənubi Qafqazın geosiyasi əhəmiyyətini artıra bilər
Region16:53
Hirkan Milli Parkında turizm marşrutlarının sayı artırılacaq
Turizm16:47
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Elm və təhsil16:36
Foto
Ağdaşda məzhəb ayrı-seçkiliyi ilə mübarizəyə həsr olunan regional konfrans keçirilib - YENİLƏNİB
Din16:27
Foto
Dünya Bankı Qrupunun Azərbaycandakı vahid nümayəndəsi məlum olub
Maliyyə16:24
Türkiyədə təyyarə dənizə qəza enişi edib: göyərtədəkilər xilas edilib - YENİLƏNİB
Region16:24
Azərbaycanda bank və ödəniş sektorları bir-birinə rəqib olacaq
Maliyyə16:18
Foto