Səməd Seyidov: ABŞ-Azərbaycan strateji əməkdaşlığı region üçün yeni perspektivlər yaradır

Milli Məclis
  • 05 iyun, 2026
  • 11:29
Səməd Seyidov: ABŞ-Azərbaycan strateji əməkdaşlığı region üçün yeni perspektivlər yaradır
Səməd Seyidov

ABŞ-Azərbaycan strateji əməkdaşlığı region üçün yeni perspektivlər yaradır

"Report" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının plenar iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın yürütdüyü siyasət bu gün ən yüksək səviyyədə dünyada qəbul olunur:

"Biz ABŞ ilə münasibətlərimizi tamamilə başqa bir müstəviyə daşımışıq. ABŞ ilə heç vaxt strateji əməkdaşlıq səviyyəsində münasibətlər qurmamışdıq. Biz həmişə konstruktiv yanaşma ilə bağlı öz münasibətlərimizi göstərmişik, ancaq çox təəssüf ki, dünyanın ən aparıcı gücü tərəf tutub".

Komitə sədri əlavə edib ki, hazırda ABŞ ilə Azərbaycan arasında strateji əməkdaşlıq təkcə iki ölkə deyil, region üçün yeni perspektivlər açır.