Sabah Milli Məclisin plenar iclasında 2018-ci ilin dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılacaq

Milli Məclis
  • 20 noyabr, 2017
  • 06:26
Sabah Milli Məclisin plenar iclasında 2018-ci ilin dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılacaq

Bakı. 20 noyabr. REPORT.AZ/ Sabahdan - noyabrın 21-dən Azərbaycan Milli Məclisinin (MM) plenar iclaslarında 2018-ci ilin dövlət büdcəsi layihəsi müzakirə olunacaq.

“Report”un xəbərinə görə, noyabrın 23-dək davam edəcək plenar iclaslarda Baş nazir Artur Rasi-zadə başda olmaqla, hökumət üzvləri iştirak edəcəklər.

Plenar iclasın yekununda 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin təsdiqi gözlənilir.