Oqtay Əsədov: "Ölkədəki islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib"

Milli Məclis
  • 16 mart, 2018
  • 08:06
Oqtay Əsədov: Ölkədəki islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib
Milli Məclisin sədri Oqtay Əsədov

Bakı. 16 mart. REPORT.AZ/ “Azərbaycan xalqı ötən il sülh və sabitlik şəraitində yaşayıb”.

“Report”un xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatı müzakirəsi zamanı parlamentin sədri Oqtay Əsədov deyib.

O bildirib ki, ölkədəki islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.

O.Əsədov qeyd edib ki, 2017-ci ildə qeyri-neft sektorunda 3.7 faiz artım baş verib.