MSK-nın formalaşdırılması məsələsinin Milli Məclisdə müzakirəyə çıxarılacağı vaxt müəyyənləşib - EKSKLÜZİV

Milli Məclis
  • 23 aprel, 2021
  • 06:38
MSK-nın formalaşdırılması məsələsinin Milli Məclisdə müzakirəyə çıxarılacağı vaxt müəyyənləşib - EKSKLÜZİV
Milli Məclis

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin formalaşdırılması məsələsinin Milli Məclisdə müzakirə olunacağı vaxt müəyyənləşib.

“Report”un əldə etdiyi məlumata görə, məsələ parlamentin gələn həftə - aprelin 27-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, MSK üzvlərinin səlahiyyət müddəti bu ay bitdiyindən komissiya yenidən formalaşdırılacaq.

MSK üzvləri 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

44 filmi