Mina qurbanları ödənişsiz psixoloji yardım ala biləcəklər

Milli Məclis
  • 23 dekabr, 2025
  • 13:31
Mina qurbanları ödənişsiz psixoloji yardım ala biləcəklər

Mina qurbanları ödənişsiz psixoloji yardım ala biləcəklər.

"Report" xəbər verir ki, bununla bağlı "Psixoloji yardım haqqında" qanuna təklif edilən dəyişikliklərdə qeyd olunub.

Qanun layihəsi parlamentin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, ödənişsiz psixoloji yardım almaq hüququ olan şəxslərin siyahısına "Minatəmizləmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq zərərçəkmişlər də əlavə edilir.

Bununla bərabər, "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna da müvafiq dəyişikliklər təklif edilir.

Sənədə əsasən, həmin zərərçəkmişlər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaiti hesabına ("Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunacaqlar.

Son xəbərlər

Bütün Xəbər Lenti