Milli Məclisin plenar iclası başlayıb, Baş nazir hesabat verəcək

Milli Məclis
  • 13 mart, 2026
  • 11:01
Milli Məclisin plenar iclası başlayıb, Baş nazir hesabat verəcək

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.

"Report" xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyində bir məsələ - Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat yer alıb.

Spiker çxışında qeyd edib ki, son illərdə Azərbaycan regional inkişaf sahəsində ciddi uğurlar qazanıb:

"Azad edilmiş ərazilərin bərpası və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu gün Qarabağda və Şərqi Zəngəzurda "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası reallaşdırılır, yeni iqtisadi və sosial mərkəzlər yaradılır. Böyük qayıdış dövlət proqramı mərhələ-mərhələ həyata keçirilir. 2025-ci ildə sosial siyasətə xüsusi diqqət yetirilib. Əhalinin rifahının yüksəldilməsi ilə bağlı proqramlar icra olunmuş, sosial müdafiə tədbirləri genişləndirilmiş, səhiyyə və təhsil sistemlərində təkmilləşdirmə işləri aparılıb".

Qeyd edək ki, hesabatı Baş nazir Əli Əsədovun təqdim etməsi nəzərdə tutulub.

Təqdimatdan sonra hesabata dair müzakirələr aparılacaq.

44 - Tezliklə