Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək

Milli Məclis
  • 21 may, 2018
  • 07:04
Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək
Milli Məclisinin deputatı Sabir Hacıyev
Report

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) deputatı Sabir Hacıyev Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Siyasi İşlər və Demokratiya Komitəsinin iclasında iştirak etmək üçün mayın 21-dən 23-dək Yunanıstanda səfərdə olacaq.

MM-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, paytaxt Afinada keçiriləcək toplantıda Misirdə siyasi vəziyyət, Antikorrupsiya Konvensiyası üzrə Avropa Akademik Şəbəkəsinin yaradılması, terrordan zərərçəkənlərin müdafiəsi, Suriyadakı vəziyyətin qonşu ölkələrə təsiri məsələləri müzakirə ediləcək. 

44 - Tezliklə