Kirayədə yaşayan prokurorluq işçilərinin ailə üzvlərinə kompensasiya ödəniləcək
Milli Məclis
- 12 aprel, 2021
- 19:49
Azərbaycanda təyin edildikləri yer üzrə kirayədə yaşayan prokurorluq işçilərinin özü ilə yanaşı, ailə üzvlərinə də kompensasiya ödəniləcək.
“Report”un xəbərinə görə, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik təklif edilir.
Bununla da qanuna 20.1-ci maddəsinə dəyişiklik olunur. Dəyişikliyə əsasən, prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda pul kompensasiyası ödəniləcək.
Qanuna dəyişiklik layihəsi Milli Məclisin aprelin 13-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Son xəbərlər
14:49
Epşteynlə əlaqələr, korrupsiya, rüşvət – erməni lobbisinin dəstəklədiyi konqresmenlərin adları qalmaqalda
Digər ölkələr14:31
İranın XİN rəhbəri uranın zənginləşdirilməsi məsələsinə aydınlıq gətirib
Region14:30
"Palmeyras" İngiltərə klubunun vingerini heyətinə qatıb
Futbol14:22
Azərbaycan parabadmintonçuları dünya çempionatında ilk dəfə iki kateqoriya üzrə mübarizə aparacaqlar
Fərdi14:18
Foto
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub
İncəsənət14:13
ABŞ Yaxın Şərqə hərbi yüklərin daşınmasını artırır
Digər ölkələr14:02
Suriyanın Homs şəhərində yaşayış binasında yanğın olub, ölən və xəsarət alanlar var
Digər ölkələr13:48
Əraqçi: İran nüvə silahı hazırlamağa can atmır
Region13:47