İşçilərin sayı 50-dən çox olan iş yerlərində yeni vəzifə təsis ediləcək
Milli Məclis
- 10 dekabr, 2025
- 11:23
Fiziki şəxs olan işəgötürənlərin yaratdıqları, işçilərin sayı əlli nəfərdən çox olan iş yerlərində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi təsis ediləcək.
"Report" xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə olunub.
Təklifə əsasən, müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində işçilərin sayı 50 nəfərdən az olduqda əməyin mühafizəsi işinin təşkili işçinin razılığı ilə və əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə əməyin mühafizəsi üzrə biliyi olan işçilərdən birinin əmək funksiyasına daxil edilir, bu mümkün olmadıqda isə işəgötürən tərəfindən əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi təsis edilir.
Son xəbərlər
01:35
Məcnun Məmmədov: Kənd təsərrüfatında süni zəkanın tətbiqi üzərinə çalışırıq
Daxili siyasət01:07
Foto
Leyla Əliyeva Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib
Xarici siyasət01:04
Azərbaycanda ötən il ümumi taxıl istehsalı 3 faiz artıb
ASK00:39
Məcnun Məmmədov: Bəzi bölgələrdə ciddi baytar çatışmazlığı yaşayırıq
ASK00:16
Azərbaycanda istehsal olunan pambığın ixrac səbəbi açıqlanıb
ASK00:00
Foto
Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində iştirak edib
Xarici siyasət23:55
Foto
Azərbaycan və Serbiya arasında çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib
Xarici siyasət23:43
İranın Azərbaycana yaxın ərazisində zəlzələ olub
Region23:26