İƏT-in baş katibi parlament seçkiləri ilə bağlı Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirib
- 03 noyabr, 2015
- 07:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 noyabr. REPORT.AZ/ "İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan hökumətini və Azərbaycan xalqını parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edir". "Report" xəbər verir ki, İƏT-in baş katibi İyad bin Amin Madaninin bəyanatında belə deyilir.
"Baş katib seçkilərin dinc və nizamlı davranış qaydasında keçirilməsi ilə əlaqədər məmnunluğunu ifadə edib. O qeyd edib ki, seçicilərin yüksək fəallığı onların Azərbaycanda demokratiyanın möhkəmləndirilməsinə öz töhfəsini vermək istəyinin bariz nümunəsidir", - bəyanatda deyilir.
İyad bin Amin Madani seçkilərin keçirilməsində Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirib. O xatırladıb ki, İƏT missiyası da noyabrın 1-dəki seçkilərdə müşahidəçi rolunda çıxış edib.