​GUAM-ın baş katibi: “Milli Məclisə seçkilər tam sakit şəraitdə keçirilib”

Milli Məclis
  • 02 noyabr, 2015
  • 08:53
​GUAM-ın baş katibi: “Milli Məclisə seçkilər tam sakit şəraitdə keçirilib”

Bakı. 2 noyabr. REPORT.AZ/ “Milli Məclisə seçkilər tam sakit şəraitdə keçirilib”. “Report”un məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib.

“Məndən başqa, Ukrayna Parlamentinin üzvü İvan Krulko və Gürcüstan parlamentinin üzvü Zurab Abaşidze də seçki dairələrində nümayəndə kimi iştirak edib. Bakıda 20, Sumqayıtda isə 7 məntəqədə seçkiləri izləmişik. Məntəqələrdə səsvermə zamanı seçkilərin təşkil olunmasında heç bir ciddi pozuntu qeydə alınmadı. Seçkilər tam sakit şəraitdə keçirilib və seçkilər baş tutub”.