Ərdoğanın səfəri münasibətilə Milli Məclisin xüsusi iclası keçiriləcək - EKSKLÜZİV

Milli Məclis
  • 14 iyun, 2021
  • 05:27
Ərdoğanın səfəri münasibətilə Milli Məclisin xüsusi iclası keçiriləcək - EKSKLÜZİV
Rəcəb Tayyib Ərdoğan

İyunun 16-da Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclası keçiriləcək.

Bu barədə "Report"a parlamentdəki mənbə məlumat verib.

Bildirilib ki, xüsusi iclasda Azərbaycanda rəsmi səfərdə olacaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edəcək.