Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılması ilk oxunuşda qəbul edilib

Milli Məclis
  • 31 oktyabr, 2025
  • 12:46
Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılması ilk oxunuşda qəbul edilib

Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını ilk oxunuşda qəbul edib.

"Report" xəbər verir ki, bununla bağlı "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna dəyişikliklər parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, qanuna əlavə ediləcək yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət, informasiya təminatı və maarifləndirmə, effektivlik potensialının qiymətləndirilməsi, binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının təşkili, habelə məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısının, enerji effektivliyi üzrə xidmətlərin icraçılarının siyahısının və enerji effektivliyi üzrə xidmətlərin mövcud vəziyyətinə və inkişafına dair hesabatın yerləşdirilməsi təmin edilir.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti