Deputat sürücüsü əfv siyahısına istədiyi adamı saldırıb?
Milli Məclis
- 17 sentyabr, 2020
- 07:49
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deputat həmkarı Elman Nəsirovun deputat sürücüsünün əfv siyahısına adam adı saldırması fikrinə münasibət bildirib.
"Report"un xəbərinə görə, o qeyd edib ki, bu, kifayət qədər ciddi ittihamdır:
“Əgər bir sürücünün əfv siyahısı ətrafında bu qədər səlahiyyəti olubsa bunu müəyyənləşdirmək lazımdır. Mən həmin adamın özünün daha sonra əfvinin necə olacağını bilmirəm. Hər halda jurnalistlər də bu məsələni araşdıra bilər”.
Xatırladaq ki, E.Nəsirov bu gün parlamentin komitə iclasında "Əfv Komissiyasının üzvlərinin biri olan deputatın sürücüsü kimlərinsə adını siyahıya saldırıb" fikirlərini işlədib.
Son xəbərlər
05:06
Tramp İranla münaqişənin nə vaxt başa çatacağını açıqlayıb
Digər ölkələr04:37
BƏƏ Almaniya iqtisadiyyatına 40 milyard avro investisiya yatıracaq
Digər ölkələr04:13
ABŞ-də dizelin qiyməti tarixi maksimuma çatıb
Digər ölkələr03:35
Oman sahillərində iki gəmi hücuma məruz qalıb
Digər ölkələr03:05
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq
Digər ölkələr02:48
İran yeraltı müəssisələrdə ballistik raket istehsalını bərpa edib
Region02:22
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Digər ölkələr01:50
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
Futbol01:36