Deputat: “Bəzi şəxslər Azərbaycanı keyfiyyətsiz məhsulların satış poliqonuna çevirmək istəyirlər”
Milli Məclis
- 01 fevral, 2019
- 08:43
Deputat Əli Məsimli
Bakı. 1 fevral. REPORT.AZ/ “Obyektlərdə yoxlamaların dayandırılması sahibkarlığın inkişafı üçün çox vacib rol oynadı. Amma bundan sui-istifadə halları da mövcuddur. Həmin şəxslər Azərbaycanı keyfiyyətsiz məhsulların satış poliqonuna çevirmək istəyirlər”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib.
Onun sözlərinə görə, həmin sahibkarlar bu məsələdə xeyli problemlər yaradıblar: “Bu cür halların aradan qaldırılması üçün Qida Təhlükəsizliyi Agentliyi addımlar atır. Təklif edirəm ki, agentliyin səmərəli fəaliyyəti üçün “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlansın. Bununla bağlı digər qanunvericilik aktlarına da dəyişiklik olunmasını vacib hesab edirəm”.
Son xəbərlər
09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.08.2026)
Maliyyə08:59
Rusiyada nəqliyyat təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
Region08:58
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.08.2026)
Maliyyə08:48
Avropada Günəş tutulmasındən öncə hotellərin qiymətləri yüksəlib
Digər ölkələr08:41
DİN 46 kq narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb
Hadisə08:28
"Gürcüstan Dəmir Yolları": Tbilisi-Bakı istiqamətində əlavə reyslərlə bağlı çətinlik yoxdur
Region08:10
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur07:42
Tramp: NATO sammitindən sonra Məxfi Xidmət digər təyyarədə uçmağımı israr etdi
Digər ölkələr07:08