Deputat kənd kitabxanalarının bağlanmasına etiraz edib
- 12 noyabr, 2025
- 17:59
Milli Məclisin deputatı Elnarə Akimova parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı kənd kitabxanalarının bağlanmasına etiraz edib.
"Report"un məlumatına görə, deputat çıxışı zamanı bildirib ki, bölgələrdə kitabxanaların fəaliyyətinin zəifləməsi gənclərin kitab oxuma vərdişlərinə mənfi təsir göstərir.
O, Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların kənd filiallarının bağlanmaq təhlükəsi ilə bağlı narahatlığını da ifadə edib:
"Məktəblilər kitab əldə etmək üçün hər dəfə rayon mərkəzinə gedə bilmir. Kitabxanalar və mədəniyyət evləri gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların zərərli vərdişlərdən uzaq qalması üçün vacib məkandır. Əvvəlcə daha müasir və əlçatan modellər yaradaq, sonra köhnə strukturların bağlanmasını düşünək".