Deputat: "Dilənçilər üçün sığınacaq yaradılsın" - YENİLƏNİB
- 19 may, 2020
- 08:58
“Dilənçilərlə bağlı məsələ Daxili İşlər Naziriliyinin diqqət mərkəzindədir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
*** 12:36
“Koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərdə yumşalma olan kimi küçələrdə dilənçilərin sayı artıb”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Deputat təklif edib ki, dilənçilər üçün sığınacaq yaradılsın:
“Onların bəhanəsi odur ki, çörəyimiz, yeməyimiz yoxdur. Həmin sığınacaqda onlar üçün gündə 3 dəfə yemək də verilsin və bəhanələri kəsilsin. Onların küçədən çıxarmağın yolu budur. Nə zaman ki, dilənçilikdən imtina etsələr bir sənədə imza atsın və buraxılsın. Bu məsələ turizm üçün də problemdir. Hara gedirsən, onları görürsən”.