Ceyhun Məmmədov: Sosial media beyinlərin yuyulması və manipulyasiya platformasına çevrilib
- 24 noyabr, 2026
- 11:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Sosial media müasir dövrdə ən təhlükəli və dağıdıcı vasitələrdən biri olmaqla beyinlərin yuyulması və manipulyasiya platformasına çevrilib.
"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin payız sessiyasının bugünkü plenar iclasında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, bu platformalar artıq öz əsas funksiyalarını itirib, təhqir və söyüş meydanlarına dönüb və insanların düşüncə tərzinə getdikcə daha çox zərərli təsir göstərir:
"Mövcud vəziyyət sosial media sahəsinin qısa zamanda tənzimlənməsini və bu istiqamətdə daha sərt tədbirlərin görülməsini zəruri edir. Əslində, bu gün bu platformalarda cərəyan edən proseslər fikir və ifadə azadlığı deyil, şüurların yuyulması, manipulyasiya və vətəndaşı öz dövlətinə qarşı çevirməyə yönəlmiş cəhdlərdir. Bütün bunların fonunda isə hələ də bir çoxumuz qarşıda hansı risklərin bizi gözlədiyini tam dərk etmirik. Bütün bunlar ölkəmizdə ideoloji fəaliyyətin daha da gücləndirilməsini qaçılmaz edir. Çünki ideoloji fəaliyyət gücləndirilmədən qələbəni əbədiləşdirmək və ictimai şüuru düzgün istiqamətə yönəltmək mümkün deyil".