AŞPA Bürosu Azərbaycandakı parlament seçkilərinə müşahidəçi göndərmək qərarını təsdiqləyib
- 28 sentyabr, 2015
- 10:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 sentyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərinə müşahidəçi missiyası göndərmək qərarını təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə AŞPA-nın payız sessiyasının açılışında AŞPA prezidenti Ann Brassör bildirib.
O deyib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı seçkilərə müşahidəçi göndərməmək qərarına baxmayaraq, Büro AŞPA-nın müşahidəçi missiyasını seçkilərə göndərmək qərarını təsdiqləyib.
Xatırladaq ki, AŞPA Bürosunun avqustun 31-də Parisdə baş tutan iclasında 13 deputatdan ibarət müşahidəçı missiyasını Azərbaycandakı seçkilərə göndərmək barədə qərar qəbul olunmuşdu. Nümayəndə heyətinə ispaniyalı deputat Jordi Hukla Kosta başçılıq edəcək.
ATƏT DTİHB isə sentyabrın 11-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərməyəcəyi barədə qərarını açıqlamışdı. Öz növbəsində, Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi bununla bağlı narahatlığını ifadə edib: "Bu, ATƏT DTİHB direktorunun ona həvalə olunan mandatı ciddi şəkildə pozmasıdır".