Zabil Müqabiloğlu torpağa tapşırılıb
Media
- 27 fevral, 2017
- 08:58
Bakı. 27 fevral. REPORT.AZ/ Tanınmış jurnalist Zabil Müqabiloğlu torpağa tapşırılıb.
“Report”un xəbərinə görə, o, Pirşağı qəsəbəsində məcburi köçkünlər üçün nəzərdə tutulan qəbiristanlıqda valideynlərinin yanında dəfn olunub.
Xatırladaq ki, jurnalist ötən gecə müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) dünyasını dəyişib.
Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Jurnalist mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər transplantasiyasına ehtiyacı var idi.
Qeyd edək ki, Zabil Müqabiloğlu uzun illər “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!
Son xəbərlər
21:26
"Beşiktaş" "Yuventus"un futbolçusu Artur Melonu heyətinə qatmaq istəyir
Futbol21:11
ABŞ Qətərə 4,5 milyard dollarlıq hərbi texnika satacaq
Digər ölkələr20:45
Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq
Digər ölkələr20:33
"Sabah" ABŞ-dən olan basketbolçu Maykl Ertalla müqavilə imzalayıb
Komanda20:27
Video
Salyanda avtomobil aşıb, ana ölüb, əkiz oğulları xəsarət alıb
Hadisə20:20
Skott Bessent avqustun 24-də ABŞ-nin İrana qarşı növbəti tədbirlərini elan edəcək
Digər ölkələr20:13
İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb
Digər ölkələr20:00
Azərbaycanın iki qadın güləşçisi U-20 dünya çempionatında finala yüksəlib
Fərdi19:48