Türkiyənin “Anadolu” Agentliyi beynəlxalq foto-müsabiqə elan edib

Media
  • 30 oktyabr, 2014
  • 11:32
Türkiyənin “Anadolu” Agentliyi beynəlxalq foto-müsabiqə elan edib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Türkiyənin “Anadolu” Agentliyi (“Anadolu” Ajansı - AA) beynəlxalq foto-müsabiqə elan edib. Agentliyin Bakı ofisindən “Report”a bildirilib ki, “İstanbul Photo Awards” adlı müsabiqə xəbər fotosu sahəsində dünyanın bütün professional fotoqraflarına açıqdır.

Müsabiqə üçün müraciət tarixi noyabrın 1-də başlayacaq və 31 yanvar 2015-ci ilə tarixinədək davam edəcək.

Müsabiqənin qalibləri, dünyanın ən nüfuzlu mətbuat qurumları, jurnal və qəzetlərinin foto redaktorlarından ibarət münsiflər heyəti tərəfindən müəyyən olunacaq.

Mükafatlandırma mərasimi 2015-ci ilin aprel ayında İstanbulda olacaq. Qaliblərə dört kateqoriya üzrə və münsiflər heyətinin xüsusi mükafatı olmaqla toplam 58 min dollar pul mükafatı veriləcək.

Hər kateqoriya üzrə birinci yerin sahibi 8 min, ikinci yerin sahibi 3 min, üçüncü yerin sahibi isə 1,5 min dollar məbləğindəki mükafatın sahibi olacaq.

Müraciət üçün müsabiqədən ötrü xüsusi olaraq hazırlanmış istanbulphotoawards.com və anadoluimages.com keçidlərindən istifadə etmək olar.

44 - Tezliklə