Son 13 ildə İraqda 455 jurnalist öldürülüb
Media
- 27 dekabr, 2016
- 08:13
Bakı. 27 dekabr. REPORT.AZ/ Son 13 ildə İraqda 455 jurnalist öldürülüb.
“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı İraq Jurnalistləri Həmkarlar Təşkilatı yayıb.
Təşkilatın hazırladığı hesabatda bildirilib ki, qanunların işləmədiyi və hüququn qorunmadığı ölkədə jurnalist peşəsi ilə məşğul olmaq təhlükəlidir: "Onların təhlükəsizliyinə təminat yoxdur. İraqda jurnalistlər 2016-cı ildə çoxlu faciə ilə üzləşiblər. İl ərzində media nümayəndlərinə qarşı sui-qəsd və ölüm təhdidləri davam edib. Bu il terrorçu İŞİD qruplaşması Mosulda 20 jurnalist qətlə yetirib".
Hesabatda qeyd olunub ki, 2003-cü ildə ABŞ işğalından sonra İraqda davam edən xaotik vəziyyət səbəbindən ölkə jurnalistlər üçün təhlükəli yerlərdən biridir.
Son xəbərlər
22:05
Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
Futbol22:04
Foto
Naxçıvanda MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb
Elm və təhsil21:47
Böyük Kanyonda baş verən daşqında iki nəfər ölüb, 14 nəfər itkin düşüb
Digər ölkələr21:39
"Neftçi" xorvatiyalı Viçko Şeveli heyətinə qatıb
Futbol21:34
Vüqar Rəhimzadə: ŞƏT ilə münasibətlər rəsmi Bakının çoxşaxəli xarici siyasət strategiyasının bir hissəsidir
Daxili siyasət21:14
Foto
Azərbaycanlı jurnalistlər İsraildə Holokost muzeyini ziyarət ediblər
Xarici siyasət21:08
"Sabah" basketbol komandası üçüncü yoxlama oyununu "London Lions"a qarşı keçirəcək
Komanda20:42
Zelenski, Uitkoff və Kuşner Ukraynaya mümkün səfəri müzakirə ediblər
Digər ölkələr20:28