Rəşad Məcid: "Şərq qapısı" və Naxçıvan televiziyasının arxivləri böyük məxəzdir

Media
  • 30 may, 2025
  • 12:16
Rəşad Məcid: Şərq qapısı və Naxçıvan televiziyasının arxivləri böyük məxəzdir
Rəşad Məcid

"Şərq qapısı" və Naxçıvan televiziyasının arxivləri böyük məxəzdir.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid mayın 30-da Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri" konfransı - "MEDİAFEST-2025"də çıxışı zamanı deyib.

"Dünən xüsusən gəncləri görəndə, bizi qarşılayanda istər-istəməz mənim yadıma "Cavanlar həyatı" qəzeti düşdü. Bildiyiniz kimi, sonra bu qəzet "Şərq qapısı" qəzetinə çevrildi və Azərbaycanda uzun müddət, demək olar, fasiləsiz çıxan mətbu orqandır", - o qeyd edib. 

R.Məcid bildirib ki, 1990-1993-cü illərdə Ümummili Liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə "Şərq qapısı"nın, Naxçıvan televiziyasının yaratdıqları salnamələr onların arxivlərində qorunur: 

"Şərq qapısı" və Naxçıvan televiziyasının arxivləri bizim üçün də böyük məxəzdir və Ümummilli Liderin şəxsiyyətini daha yaxından tanımaqda böyük rol oynayır".