Report Media Məktəbinin 21-ci qrupu təlim proqramına qoşulub
- 12 iyun, 2026
- 15:53
Yeniliklərdən dərhal xəbərdar olun!
"Global Media Group" Media Akademiyasının tərkibində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 21-ci qrupu yeni təlim proqramına qoşulub.
"Report" xəbər verir ki, müraciət edənlərdən 11 tələbə agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək. Təlim dövründə xəbər jurnalistikasına önəm veriləcək.
"Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev tələbələrlə görüşdə bildirib ki, mediada çalışan hər bir jurnalist çətin vəziyyətə hazır olmalıdır:
Görüşdə iştirak edən "Global Media Group"un İnsan Resursları üzrə departamentinin meneceri Yelena Quliyeva tələbələri təlim prosesinə ciddi yanaşmağa dəvət edib:
Report Media Məktəbinin rəhbəri və təlimçisi İsmayıl Rafiqoğlu tədris prosesi ilə bağlı fikirlərini bölüşüb:
Qeyd edək ki, "Report" İnformasiya Agentliyinin tərkibində olan Report Media Məktəbində 2018-ci ildən təlimlər keçirilir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.
Report İnformasiya Agentliyi 2021-ci ildən "Global Media Group" media şirkətləri qrupunun tərkibində fəaliyyət göstərir. Burada yaradılan Media Akademiyası müasir mediada karyera qurmaq istəyən gənclərə geniş imkanlar təqdim edən tədris platformasıdır. Akademiyada tələbələrə keyfiyyətli təhsil və praktik təcrübə təqdim edilir.