Ramiz Rzayev məhkəmələrdə mətbuatla işləyən şəxslərin ayrılmasını təklif edib

Media
  • 16 noyabr, 2018
  • 08:21
Ramiz Rzayev məhkəmələrdə mətbuatla işləyən şəxslərin ayrılmasını təklif edib
Report/ Firi Salim

Bakı. 16 noyabr. REPORT.AZ/ "Azərbaycanın rayon məhkəmələrində mətbuatla operativ işləmək üçün məsul şəxs təyin etmək çətindir".

"Report"un xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Mətbuat Şurasının təşkilatçılığı ilə KİV rəhbərləri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, bəzi rayonlarda cəmi bir hakim var: "Həmin hakimin də məhkəmə işləri çox olduğundan mətbuata açıqlama verməsi çətindir. Biz, əsasən, bu prosesi Bakı, Sumqayıt, Gəncə və digər böyük şəhərlərdə tətbiq etmək istəyirik. Həmçinin istəyirik ki, hər məhkəmədə mətbuat üçün bir nəfər məsul şəxs ayrılsın və onun əlaqə vasitələri də Ali Məhkəmənin saytında yerləşdirilsin. Bununla da jurnalistin məhkəmələrdən informasiya almaq şəraiti yaxşılaşdırılsın".

44 filmi