"Qhtxeber.az" saytının 10 illik yubileyi keçirilib

Media
  • 18 dekabr, 2019
  • 16:47
Qhtxeber.az saytının 10 illik yubileyi keçirilib
Report

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Qhtxeber.az" saytının 10 illik yubileyi və “SƏLİS jurnalist” yazı müsabiqəsinin qaliblərinin təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən Şuranın sədri, deputat Azay Quliyev müsabiqə haqqında məlumat verib və seçimlərin şəffaf şəkildə həyata keçirildiyini vurğulayıb. 

O bildirib ki, QHT və KİV hər zaman əməkdaşlığı uğurla davam etdirib.

"Qhtxəbər.az"ın baş redaktoru Sənan Nəcəfov isə çıxışında saytın fəaliyyəti haqqında məlumat verib.

Daha sonra S.Nəcəfova Şuranın xüsusi hədiyyəsi təqdim olunub.

Münsifləri səhnəyə dəvət edən Azay Quliyev onlara seçim prosesində iştirakına görə təşəkkür edib. Qeyd edib ki, onlar çox çətin və məsuliyyətli məsələnin öhdəsindən gəliblər.

Sonda müsabiqə qalibləri mükafatlandırılıb.