Misir prezidenti Al-Jazeera telekanalının müxbirini əfv edib
Media
- 01 fevral, 2015
- 15:46
Bakı. 1 fevral. REPORT.AZ/ Misir prezindetinin qərarına əsasən, Al-Jazeera telekanalının müxbiri Piter Grest həbsdən azad edilərək Avstraliyaya deportasiya edilib.
"Report" AFP-yə istinadən xəbər verir ki, P.Grest 2013-cü ilin dekabr ayında həbs edilmişdi. O, əsassız xəbər yaymaq və digər ittihamlara görə 7 illik həbs cəzasına məhkum edilmişdi.
Onunla birgə həbs olunmuş Al-Jazeera-nın digər jurnalistləri Mohamed Fahmy və Baher Mohamed 7 və 10 illik həbs cəzaları almışdı. Lakin prezindetin əfv qərarının onlara şamil olunması ilə bağlı məlumat yoxdur. Jurnalistlərin üçü də ittihamları rədd edib məhkəmənin qondarma olduğunu bəyan etmişdi.
Qeyd edək ki, Piter Grest Avstraliya vətəndaşıdır.
Son xəbərlər
09:30
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Energetika09:28
Ağdaşda balıqçı kanalda boğularaq ölüb
Hadisə09:23
"Ayaks" Yofre Torrentsi "Barselona"dan transfer edib
Futbol09:13
Moskva ətrafında vurulan dronların sayı 103-ə çatıb, 3 nəfər xəsarət alıb
Region09:08
Mişi Batşuayi Səudiyyə Ərəbistanı klubuna keçib
Futbol09:02
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.08.2026)
Maliyyə08:57
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (18.08.2026)
Maliyyə08:55
Foto
Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB
Hadisə08:52