“MEDİA - Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlanıb

Media
  • 01 dekabr, 2022
  • 13:56
“MEDİA - Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlanıb

Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən 1 noyabr 2022-ci il tarixində elan olunmuş “MEDİA - Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlanıb.

"Report" xəbər verir ki, qaliblərin siyahısında “Global Media Group” holdinqin tərkibinə daxil olan media qurumlarının 6 əməkdaşı da var.

Onlar "Report"un əməkdaşları İmdad Əlizadə və Tural İbadlı, "Oxu.az" saytının əməkdaşları Aqşin Kərimov və Könül Soltanova, "Kaspi" qəzetinin əməkdaşları Böyükxanım Kərimova və Aygün Cəfərovadır.