Madriddə "Xəbərlər muzeyi" açılıb

Media
  • 24 mart, 2016
  • 04:27
Madriddə Xəbərlər muzeyi açılıb

Bakı. 24 mart. REPORT.AZ/ İspaniyanın Baş naziri vəzifəsini icra edən Mariano Raxoy "Xəbərlər muzeyi"nin açılışında iştirak edib. Madriddə açılmış muzeydə EFE informasiya agentliyinin materialları sərgilənir.

Burada dünyanın ən böyük ispandilli informasiya agentliyi olan EFE-nin yarandığı 1939-cu ildən bəri fəaliyyəti ilə tanış olmaq mümkündür. Muzeyin fondunda 12 milyondan artıq foto, qədim yazı və çap avadanlıqları var.

EFE-nin baş ofisinin binasında yaradılmış muzeyin həm də peşəkar jurnalistlərin görüş yeri olacağı ehtimal olunur. Muzeyə İspaniyanın bir neçə böyük şirkəti himayədarlıq edəcək.