Jurnalist Zabil Müqabiloğlu vəfat edib
Media
- 26 fevral, 2017
- 19:56
Bakı. 26 fevral. REPORT.AZ/ Tanınmış jurnalist Zabil Müqabiloğlu müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) dünyasını dəyişib.
Bu barədə "Report"a jurnalistin yaxınları məlumat verib.
Z.Müqabiloğlu sabah Pirşağı qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılacaq.
Xatırladaq ki, Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Jurnalist mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər transplantasiyasına ehtiyacı var idi.
Qeyd edək ki, Zabil Müqabiloğlu uzun illər “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə “Gunxeber.com” saytına rəhbərlik edib.
Allah rəhmət eləsin!
Son xəbərlər
15:19
İspaniyada silsilə zəlzələlər baş verib
Digər ölkələr15:16
Cırtdan və Göyçək Fatma Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları seçilib
Komanda15:11
Azərbaycanın kuryer göndərişlərindən gəlirləri 2 dəfə artıb
İKT15:11
Ukrayna enerji sektoruna yardıma görə Azərbaycana təşəkkür edib
Digər ölkələr15:10
Həftəsonunadək gözlənilən hava şəraiti açıqlanıb
Ekologiya15:02
Kolleclərə qeydiyyat prosesi başlayıb
Elm və təhsil15:02
Braziliyada avtobusla yük maşınının toqquşması nəticəsində 22 nəfər ölüb
Digər ölkələr15:00
Foto
Tbilisidə Mirvarid Dilbazinin 114-cü ildönümü qeyd olunub
Ədəbiyyat15:00