Dövlət idarəsinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub

Media
  • 25 may, 2016
  • 11:54
Dövlət idarəsinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub

Bakı. 25 may. REPORT.AZ/ Sumqayıt Texnologiyalar Parkına (STP) yeni mətbuat xidməti təyin olunub.

"Report"un məlumatına görə, bu vəzifəyə Rüstəm Əbülfət oğlu Allahverdiyev təyin edilib.

Məlumata görə, KİV-lə əlaqələri möhkəmləndirmək, texnoparkda baş verən yeniliklər barəsində ictimaiyyətə düzgün və vaxtında informasiya vermək üçün idarə Aparatın tərkibində mətbuat xidməti yaradılıb.

Qeyd edək ki, Rüstəm Allahverdiyev 2009-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 2010-2014-cü illərdə həmin universitetin Hüquq fakültəsində ikinci ali təhsil alıb.

İndiyədək müxtəlif qəzetlərdə müxbir, dövlət və özəl müəssisələrin mətbuat xidmətlərində işləyib. Zaqatalanın "Simruq" futbol klubunda mətbuat xidmətinin rəhbəri olub. 

44 - Tezliklə