Daşkənddə keçirilən beynəlxalq media forumda poçt markalarının möhürlənməsi mərasimi keçirilib
- 25 avqust, 2026
- 11:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Daşkənddə "İslam sivilizasiyası: yeni baxış - yeni kəşflər" adlı beynəlxalq media forumuna həsr olunmuş xatirə poçt markalarının möhürlənməsi mərasimi keçirilib.
"Report"un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, mərasimdə İslam Sivilizasiyası Mərkəzinin direktoru Firdavs Abduxalikov, "Euronews"un baş direktoru və redaksiya direktoru Klaus Struns, beynəlxalq media şirkətlərinin nümayəndələri, jurnalistlər və forum iştirakçıları iştirak ediblər.
Mərasim zamanı təşkilatçılar beynəlxalq media tərəfdaşlarına forumda iştirakına və Özbəkistanın tarixinə, mədəniyyətinə və irsinə həsr olunmuş layihələr çərçivəsində əməkdaşlığa görə minnətdarlıq ifadə ediblər.
Forum iştirakçılarına beynəlxalq mediaforum üçün xüsusi hazırlanmış xatirə albomları və portretlər təqdim edilib.
Bundan sonra iştirakçılar xatirə şəkli çəkdiriblər.