Burhanəddin Duran: İkinci Qarabağ müharibəsində çoxsaylı dezinformasiya kampaniyaları aparılıb

Media
  • 18 dekabr, 2025
  • 11:55
Burhanəddin Duran: İkinci Qarabağ müharibəsində çoxsaylı dezinformasiya kampaniyaları aparılıb

İkinci Qarabağ müharibəsində Azərbaycanın zəfərini kölgə altına almaq məqsədilə çoxsaylı dezinformasiya kampaniyaları aparılıb.

"Report"un Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə Prezident Aparatının Kommunikasiya rəhbəri Burhanəddin Duran Türk dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumunda çıxışında deyib.

Onun sözlərinə görə, müharibə dövründə və ondan sonra Azərbaycan tərəfi bu yalan məlumatları ifşa etməyi bacarmışdı:

"Həmin dövrdə "Qarabağa daxil olan Azərbaycan əsgərləri yaşlı bir erməni qadını ilə lağ edir" başlığı ilə yayımlanan yalan xəbər buna misaldır. Həmin materialda göstərilir ki, guya bir əsgər yaşlı qadına bir stəkan su uzadır, qadın suyu içmək istəyəndə isə başqa bir əsgər suyu yerə tökür. Halbuki videonun tam versiyasında açıq və aydın şəkildə Azərbaycan əsgərinin öz əli ilə erməni qadına su içirdiyi görünürdü".

B.Duran qeyd edib ki, bu məsələ eyni zamanda milli təhlükəsizlik, ictimai sabitlik və beynəlxalq nüfuzla birbaşa əlaqəlidir:

"Dezinformasiya beynəlxalq miqyasda yayılan təhlükəyə çevrilib. Dezinformasiyanın nə qədər böyük risk və təhlükə daşıdığı artıq aydın şəkildə dərk edilməlidir. Məhz bu gün keçirilən forumumuz da bu məqsədə xidmət edir və dezinformasiyaya qarşı birgə mübarizə əzmimizi, iradəmizi bir daha ortaya qoyur".

Son xəbərlər

Bütün Xəbər Lenti