BDU-nun müəlliminə yeni vəzifə verilib

Media
  • 16 fevral, 2018
  • 13:15
BDU-nun müəlliminə yeni vəzifə verilib
Qida Təhlükəsizliyi Agentliyində Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsinin müdiri Aynur Kərimova

Bakı. 16 fevral. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) Televiziya və radio jurnalistikası kafedrasının dosenti, filologiya elmləri namizədi, BDU-nun sabiq kafedra müdiri Aynur Kərimova yeni vəzifəyə təyin olunub.

"Report"un məlumatına görə, A.Kərimova yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyində Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsini icra edir.

Xatırladaq ki, A.Kərimova Sumqayıt şəhərində anadan olub. BDU-nun jurnalistika fakültəsində təhsil alıb. 2008-ci ildə "Azərbaycan televiziyasının beynəlxalq əlaqələri: bu günü və perspektivi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.