Bakıda "TRT Avaz" televiziyasının yaranmasının 8-ci ildönümü qeyd edilib

Media
  • 22 mart, 2017
  • 06:16
Bakıda TRT Avaz televiziyasının yaranmasının 8-ci ildönümü qeyd edilib

Bakı. 22 mart. REPORT.AZ/ Bakıda "TRT Avaz" televiziyasının yaranmasının 8-ci ildönümü qeyd edilib.

"Report" xəbər verir ki, bu münasibətlə Heydər Əliyev Mərkəzində "Novruz Qala-2017" adlı konsert proqramı təqdim olunub.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, dövlət rəsmiləri, TRT televiziyasının departament rəhbəri Tuncay Yürəkli, və ictimaiyyət nümayəndələri iştirak edib.

T.Yürəkli bildirib ki, "TRT Avaz"ın məqsədi Türkdilli dövlətlərdə ortaq mədəniyyəti daha da önə çıxarmaq və birliyi artırmaqdır: "Bundan sonra da həm Türkiyədə, həm də digər Türkdilli dövlətlərdə gözəl təsir yaradan verilişlər hazırlayacağıq".

Daha sonra xalq artisti Alim Qasımovun, müğənni Azərinin, türkiyəli sənətçi Emrə Aydının və digərlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Qeyd edək ki, 26 ölkə və 15 muxtar respublikada yayım həyata keçirən "TRT Avaz" vasitəsilə Azərbaycandakı Novruz bayramı canlı olaraq bütün dünyaya yayılıb. 

Xatırladaq ki, 2009-cu ilin martın 21-də fəaliyyətə başlayan "TRT Avaz" yayımını Türkiyə və türkcə danışan əhalinin yaşadığı geniş bir coğrafiyada həyata keçirir. 

44 - Tezliklə