Bakı və Abşeronda analoq yayımın dayandırılmasından sonra daxil olan müraciətlərin sayı açıqlanıb

Media
  • 11 noyabr, 2016
  • 09:13
Bakı və Abşeronda analoq yayımın dayandırılmasından sonra daxil olan müraciətlərin sayı açıqlanıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Bakı və Abşeron ərazisində analoq televiziya yayımının dayandırılmasından sonra yaradılan "Qaynar xətt"ə (14-11 nömrəli) daxil olan müraciətlərin sayı açıqlanıb.

Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) Texniki şöbəsinin rəisi Zöhrə Əfəndiyeva "Report"a bildirib ki, noyabrın 1-dən bu günədək əhalidən 40 minə yaxın zəng qəbul olunub.

Əhali "Qaynar xətt"ə daha çox dekoder, rəqəmli yayımda yaranan problemlər, TRT 1 kanalının yayımı ilə bağlı suallar ünvanlayıb.