Bahar Muradova: Media nümayəndələri ailə məsələləri və uşaq hüquqlarına xüsusi önəm verməlidir
Media
- 16 iyul, 2024
- 07:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hər bir jurnalist, media nümayəndəsi və bloger ailə məsələlərinə, uşaq hüquqlarına, bununla bağlı qanunvericiliyə xüsusi önəm verməlidir.
"Report" xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Media və uşaq hüquqları" dərs vəsaitinin təqdimatında deyib.
Dərs vəsaiti ilə bağlı fikirlərini bölüşən Bahar Muradova bildirib ki, komitə insan hüquqları ilə bağlı savadlılığın artırılması üçün Bakı Dövlət Universiteti ilə sıx əlaqədə işləyir:
"Bu gün təqdim olunan "Media və uşaq hüquqları" adlı dərs vəsaiti artıq birlikdə hazırladığımız növbəti layihəmizdir. Bu dərslik ən vacib məsələlərdən birinin - insan hüquqları haqqında maarifləndirmə üzrə növbəti vasitədir".
Son xəbərlər
10:05
Türkiyədə bələdiyyə sədri və oğlu rüşvətə görə həbs edilib
Region
10:04
Anar Əliyev Şuşada vətəndaşları qəbul edəcək
Daxili siyasət
09:55
Foto
Laçında şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub
Daxili siyasət
09:53
Türkiyədə İŞİD-i maliyyələşdirməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Region
09:49
Cənubi Sendviç adaları bölgəsində 5,2 maqnitudalı zəlzələ olub
Digər ölkələr
09:47
Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib
Daxili siyasət
09:45
Cənubi Koreya şirkəti infrastukturu rəqəmsallaşdırmaqda ADY-yə kömək edəcək
İnfrastruktur
09:44
Biləsuvarda avtomobil aşıb, ölən və xəsarət alan var
Hadisə
09:44
"Turan" klubu bu gün CEV Çempionlar Liqasında ilk oyununu keçirəcək
Komanda