AzTV-nin məşhur qəzetinin çapı dayandırılıb
Media
- 04 dekabr, 2015
- 09:40
Bakı. 4 dekabr. REPORT.AZ/ “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təsisçisi olduğu “Ekran-efir” qəzeti fəaliyyətini dayandırıb. “Report”un xəbərinə görə, qəzetin əməkdaşları işdən çıxarılıb.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım “Report”a açıqlamasında bildirib ki, “Ekran-efir” qəzeti bundan sonra fəaliyyətini kağız deyil, onlayn formatda davam etdirəcək: “Qəzetin onlayn formata keçidi çoxdan planlaşdırılırdı”.
“Ekran-efir” qəzeti işçilərinin vəzifədən çıxarılmasına gəlincə, X.Qasım bunları deyib: “Kadr məsələləri daxili işimiz olduğundan bu barədə açıqlama vermirik”.
Son xəbərlər
10:38
Fərid Talıbov Naqasakinin qubernatoru ilə görüşüb
Xarici siyasət10:29
"Inter Mayami" Neymarı heyətinə qatmaq istəyir
Futbol10:06
Yucin şəhərində Azərbaycan və Dünya Atletikası arasında əməkdaşlıq müzakirə edilib
Fərdi10:04
Netanyahu Qəzzanın HƏMAS-ın nəzarətində olmayan hissəsində yenidənqurma işlərini təsdiqləyib
Digər ölkələr09:34
Çin "Dolfin"qasırğasının yaxınlaşması səbəbindən ən yüksək təhlükə səviyyəsi elan edib
Digər ölkələr09:05
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib
Komanda08:58
ABŞ-də helikopter qəzasında ölən iki nəfərin meyiti tapılıb
Digər ölkələr08:22
Yaponiya hökumətindən nüvə tərk-silahı uğrunda hərəkata rəhbərlik etmək tələb olunub
Digər ölkələr07:54