Azərbaycanlı jurnalistlər Xivədəki muzey-qoruqda olublar

Media
  • 05 noyabr, 2025
  • 14:09
Azərbaycanlı jurnalistlər Xivədəki muzey-qoruqda olublar

Özbəkistana media-turun ikinci günündə Azərbaycanın mətbuat nümayəndələri "İçan-Qala" dövlət muzey-qoruğunu ziyarət ediblər.

"Report"un Xivəyə ezam olunmuş müxbirinin məlumatına görə, "İçan-Qala" Özbəkistanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən ilk obyektidir. Bu unikal açıq səma muzeyi XVI-XIX əsrlərdən qorunub saxlanılan 50-dən çox tarixi tikilini - mədrəsələri, məscidləri, minarələri, karvansarayları və qədim yaşayış məhəllələrini birləşdirir.

Səfər zamanı media nümayəndələri şəhərin əsas görməli yerlərini, o cümlədən Taş-Hovli sarayını və Ota-Darvoza qala qapılarını, unikal taxta sütunları olan Cümə məscidini və Kalta-Minor minarəsini gəziblər.

Muzey-qoruğun nümayəndələri qeyd ediblər ki, tarixi autentikliyin qorunmasına və Xivənin Şərq xalqlarının zəngin irsini əks etdirən ən vacib mədəniyyət mərkəzlərindən biri kimi təşviqinə xüsusi diqqət yetirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti