Azərbaycan Prezidenti qəzetlərə bir milyon manat birdəfəlik maliyyə yardımı ayırıb

Media
  • 19 iyul, 2017
  • 14:02
Azərbaycan Prezidenti qəzetlərə bir milyon manat birdəfəlik maliyyə yardımı ayırıb

Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncam qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə imzalanıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılıb. 

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.