​ANS MTRŞ-nı növbəti dəfə məhkəməyə verib

Media
  • 07 yanvar, 2016
  • 11:57
​ANS MTRŞ-nı növbəti dəfə məhkəməyə verib

Bakı. 7 yanvar. REPORT.AZ/ ANS Müstəqil Yayım və Media Şirkəti Milli Televiziya və Radio Şurasını (MTRŞ) növbəti dəfə məhkəməyə verib.

Bu barədə "Report"a Şuranın şöbə müdiri Nemət Cavadov bildirib.

Şirkət bu dəfə MTRŞ-nın sonuncu - 161 min manatlıq cərimə barədə qərarının ləğv edilməsini istəyir.

İddiaya Səbail Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, MTRŞ şirkəti dekabrın 23-də ANS ÇM radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar olaraq 161 min manat məbləğində cərimə edib.