Rusiya XİN: Aİ ölkələrində KİV-lərimizin qadağan edilməsinə cavab verəcəyik - YENİLƏNİB

Media
  • 17 may, 2024
  • 13:10
Rusiya XİN: Aİ ölkələrində KİV-lərimizin qadağan edilməsinə cavab verəcəyik - YENİLƏNİB

Rusiya Avropa İttifaqında (Aİ) “RİA Novosti”, “İzvestiya”, “Rossiyskaya qazeta” və “Voice of Europe”un yayım fəaliyyətinə qoyulan qadağaya cavab verəcək.

“Report” xəbər verir ki, bunu TASS-a açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz cavab verəcəyik. Hazırda cavab tədbirləri hazırlanır”, - o vurğulayıb.

16:37

Avropa İttifaqı (Aİ) Şurası Avropa İttifaqının ərazisində “Voice of Europe”, “RİA Novosti”, “İzvestiya” və “Rossiyskaya qazeta”nın yayımını qadağan edib.

“Report” xəbər verir ki, bu barədə qurumun məlumatında qeyd edilib.