Rəşad Əzizov: Əsas vəzifələrdən biri Azərbaycan tamaşaçısının kinoya getmək mədəniyyətinin bərpasıdır
- 31 iyul, 2026
- 20:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda kino ictimaiyyətinin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycan tamaşaçısının kinoya getmək mədəniyyətini bərpa etməkdir.
"Report" xəbər verir ki, bunu Kino Agentliyinin baş direktoru Rəşad Əzizov Nizami Kino Mərkəzində 2 avqust Azərbaycan Kinosu Gününə həsr olunmuş xüsusi tədbirdə açılış nitqi zamanı deyib.
Onun sözlərinə görə, sənaye mövzuya xidmət edən anlayışdır və bu kino sektorunun inkişafı üçün çox vacibdir:
"Bu gün özəl sektorlar da artıq kino sahəsində yeni layihələrlə çıxış edirlər, bu çox əhəmiyyətli faktordur".
Baş direktor kinoda yalnız dövlətin dəstəyi ilə deyil, eyni zamanda birliklə uğurların əldə edilə biləcəyini vurğulayıb:
"Ümumiyyətlə, kino gəlir gətirməlidir. Amma sənətin inkişafı üçün onun ətrafında ona xidmət edən sənaye tam formalaşmalıdır, bu, bir qədər vaxt tələb edir. Bəzi filmlər gəlir gətirir, bəziləri ola bilsin ki, tam şəkildə özünü doğrultmur. Şübhəsiz, burada tamaşaçının marağından çox şey asılıdır".
Rəşad Əzizov bildirib ki, hazırda kino ictimaiyyətinin qarşısında duran əsas vəzifələrdən biri də Azərbaycan tamaşaçısının kinoya getmək mədəniyyətini bərpa etməkdir:
"Bu halda sırf lokal, yerli bazara fokuslanan bazar da inkişaf edəcək."